Ruslan Aliyev

Mən qarışıq və bir az Özdən ibarət… Mənə dairlər….

Unutamazsınsızlıq

23.12.16. Bakı, Buzovna, 18 Oktyabr kç,
17.4.17. London, Rotherwick Road, 26b

Emre Aydin`ın Sen beni unutamazsini dinlərkən… Sıxılmaq özünə ən orta yerindən… Bir künc bucaq axtarmaq özündə bir salamat yer… Unudulmadığını bimək. Bilmək istəmək. Həm də sadəcə, sıradan unudulmamaqdan da yox… Ölümünə unudulmamaq istəmək. Ölümünə unudulmamaqdan istəmək özünə, kəfənin kafurlu, Həştərxanşəhrdən olmasını istəmək kimisi bir şey deyil bu, yox; stəkanın yarıyacan da yox, ağzınacan dolusundan, razyana çəkimlisi rakı dolusundan istəməkdir həm də…

Sevilməmək qoyar. Üstünə sevilmək, yəni başqasını sevmən də, ayrılmaq da qoymaz o qədər… Zamanla nədən olmadıq biz… Nədən olmadıq ki… Zamanla nədən olmadıq ki biz… Zamanla, “nədən olmadıq biz”, “nədən olunduramadıq”dan, daxili suallar “unudulmuram ki”yə dönüşər də… O da qoymaz o qədər. Amma unudulmamağa əmin olmamaq çox, hər şeydən çox qoyar…

Nə yəni, unutdunmu imdi? Doğrudan doğruya unutdunmu?

Su içmək kimi olmasa da, lap doğuş sancılısı, döyüş yoldaşını itirmişlikcə olsa da, sonunda zamanla nahiyələrində ağrısı keyimiş, bir vaxt ağrısı göz yaşardan, ürəkdağlayan, yatmağa qoymayan, ofum-ofum ofladan, inil-inil inildədən, ahım-ahım ahlandıran o canyaxıcı yaranın gözü köz bağlayıb qarsağı – ağrı hüceyrlərindən məhrumlaşmış buynuzlaşmış qişası cani-təndən xəbərsizcə incitməsiz qoparca; hətta bir əzmli fədainin əlindən-ayağından kəsilib, bağrından qoparılıb, şirin tənindən kəsilib, doğranıb, parçalanıb atılmış canından bir əzanı hələ də bədənində hiss etməsi, qıcışanda qaşıması, iliyinəcan üşütməsi, üstünü örtməsi, hələ də özündə hiss etməsi var ya, iştə onun kimi –  artıq bir müddətdir qopulmuşu da, onun ağrısı da doğma, canında-qanında, iliyində olar da, elə bir yaranın da bir gün daha nə yandırmadığı , nə üşütmədiyi gün gəlir, o qəlpələnib atılmış əzaya hiss reseptorları daşımağa öyrəşmiş ən inadcıl hücrələr də ölər ya, bax eləcə acısızcamı ya acımasızcamılığı fərqlənməyən acılıqla…

Yaxud həyatın dadını duyumladığın həyat damağıvın bir vaxt dadı, həyat zövqüvün özü, adı, mizan-meyarı, öyrətməni olan bir nemətin dadını artıq başqa dadla əvəzləyib də, indi onu zamanla dişdibi çürüntüyə çevirib təzə dad(lar)ı korlayacaq artıq qalıntı, daha da ürək bulandırmasın deyə qaytarılası əlavə tör-töküntü, başqa zövqlərin dadına baxanda dilin künc-bucağını məşğul etməməli olan, onunçün də dillə süpürüləsi izafi dişdibi ərp və çöküntü kimi atarca(sına);

Eşqin zövqünə baxanda səni tabula rasadan şirvanşahlar naxışlısına, kufi xətti-şəmaiyilinə çatdıran nəqqaşi-könlünü əlini-üzünü pak tutan ayişığı bəyazlısı, fəqət istifadə edilib əzik-üzük edilincə tez yaxa qurtarılmağa çalışılan, onun qurtarması artıq elə bir dərd-qüssə olmayan, onun qurtarılması artıq kiminsə qayğısı olmayan, ondan (can) qurtarılması isə artıq zərurətə döşünən, əvvəlcə zərurətən onunla qidalanılıb indi də zərurətən də atılası (özü də birbaş da həyatın başqaları üçün təkrar emal qutusuna atılası və bir Xudavəndi bilir ki bir daha kiminsə ruh süfrəsinəmi, izafət odasınamı qoyulası bir şeyə çevriləcək), zamanla dərbədəranə sovrulan,  ələ-ayağa dolaşan kağız parçası misali;

əlində tutanda canına damağına çəkəndə bərəkət, göz üstünə qoyulası qüdsiyyət, amma qırıq-qırıq olub əlindən yerlərə düşüncə töküm-töküm çırpıntı, sinənə, üstünə, dilə-dişə düşən qırım-qırıntı, həyata gülüb gülümsərsən də gülüşünə mane olacaq artıq narahatlıq verən dişinə ilişmiş səbzə takıntısı kimi kürdanlıqla eşələyib atmağa layiq,

həyatda başqa dadlar alan ağzına ağızqoxusu verirmişcəsinə diksindirici, təamladığından utandığın, amma xəstələndiyində, gözəl aralıq dənizi yeməklərində bəhbəhlələdiyin sarımsaq-soğan dilimi kimi üstündən tez süni dadlandırıcı, ətirləndiricilər vurmağa çalışırmış kimi;

yeməküstü həyatın sanki pulsuz verilmişmiş kimi görünən istifadə etməyilə atmağı eynilə haqqı olan nəm məndili düşürüb itirmiş kimi,

Vaxtilə canıvın içi, canı canınla, ruhu ruhunla bir – canbir-dilbir olan, ruhunda bütün təlatümlü həyəcanların müsəbbibi, təbəddülatlı, tərəddüdatlı fəqət həmişə təfəfrrüatlı eşq yaşantılarının ünvanı olan, o üzdən ruhuvun və təninin hər hücrəsinə yerləşmişkən vaxtilə, vaxtilə həyatın üzünə şilləsayağı rəqs etməyi onunla öyrəndiyin, bədənin bədəninə, tərin-tərinə yoldaş, sirdaş olan, rəqs edərkən sənə həmtaylıq, yaraşıq, əlavə parıldayış verən, imdisə rəqs bitdiyində əyninə yapışqanlıq verən, o içində hərşeydən bir şeyin təmsilçi damcısını barındıran öz tərivin üst paltara çıxmış duzunu yuyub adam arasına, yeni rəqsli, yeni musiqi zövqlülərinə o duzlu libasla çıxmaq ayıbmışca, ağ duza çevriliş tər üzqarası olubmuşcasına, tələsik ondan ən yaxın zamanda yaxa qurtarırca, tələsik həyatın hər şeyi – rəngli rəngsiz, ləkəli ləkəsiz, ləkələri hərəsi bir cürə olan adamlarının hamısını, bir gözünə salıb çərxi-dövrlə fırladan həyatın tozlu yuyucuya atarca,

Uzunu-qısası, yolda puldanlıq itirməkdən daha umursuzca unutdunmu imdi?)

Çox şey verməmiş ola bilirim, amma miskinat toplusu insan oğlu düşünmədən edə bilmir. Unudulmaq ehtimalini qəbul edəndə belə, sıradan unudulmağı qəbullanmaqmı olar?… Başqaları sıradan unudar, unudular da, başqalarını sıradan unudursun da, doğrudan, məni sıradan unutdunmu? Sıradan unuta bilirsinmi, bu mümkünmü? Bu mümkünmü ki, əzizim?

Hamının hamını, ya da sənin hamını unutduğun kimi unudulmaqmı olar. Sənə unudulmaq ağır izlər taşır. Sıradan unudulmamaq. Bu, nədisə, aramamalarda da deyil. Sormamalarda da deyil məsələ. Zira, aramadan sormadan da uzun illərin, pəncərələrin, uzaq-uzaq küçələrin və iki basımlıq telefonların düymələri-ekranları ardında, aramamalar-sormamalara rəğmən ürəkdən keçirməyin və keçirilməyin, xatırlanmağın, anmağın və anılmağın verdiyi və çox vaxt da kalb-kalbə qarşı düsturuna uyğun olaraq bir-birinə həmvaxt olan, hər şeyin fövqündə, hər şeydən ötə bir duyğu var, tel-tel çalar simləri, içindən əminən bilərsin, unudulmadığını. O üzdən araamalarda deyil məsələ. Amma, nədəsə, nədəsədir. Və nədəsədirsə də, adam bilir. Sıradan unudulmamaq deyə bir şey var və onu bilir, onu umar. Uman yerdən küsülür. Bu umacaqdan küsmək, əlini üzmək ölüm, ölümsüzcə sürəkli bir ölümdənbetərlik, ölümdənötəlik, əzizim. Ölümdənötəlik. Yənin səninsi oralarsı bir şey.

Yudum-yudum unutmağı tərcih edər, yaraşdırırım… Sıradan unudulmamaq… Yoxsa ki, nədir bu belə idbar, urvatsız, ləyaqətsiz, xırıltılı ölüm kimi… Xudbincə, müştəbehcə səslənmiş bu aciz ağrıdan mütəvəllid qırılmış şüşənin o qum,  o toz halına həsrəti, unun sünbüldənəvvəlki torpaqda dən-dənliyinə, dənavərliyinə özləmidir bəlkə bu. “Bəlkə” sözünün farscadakı daha əski və daha öz mənası olan “əksinə” mənasına darıxmağı kimi bir şey…[1] Şüşə olmamışdan öncə toz olmaq gözəldir, sevilib çevrilib inqilab edib şüşə olmaq gözəldir, di gəl qırıntılanmaq ağırdır; torpaq qoynunda suvarılıb boyatma, cücərmə, üyütmə, ürətmə gözəldir, sonda xırmanlara küləş olub küləklərə sovrulub üyüntülənmək ağırdır. Amma qırıntı olanda toz olmuş halına acıyanda adam, heç olmasa ona ümid edər ki, onun qırıntıları da, qırıtılanmağı da sevgilinin umurundadır. Sünbül zatən sünbül qalmaqçün olundurmadı özünü, bir süfrə yaraşıqlısı, bir aclıq gidəricisi olmağı tərcih edərdi, amma unu qabartma tozu olmasa da, yaşartma tozu, yaşatma tozu olsun istər, unutma tozu, yuyucu-silici-aparıcı, sima itirici qrimajcasına səhnəlik ənlik-kirşan tozu yox… Yox, əzizim, yox… Dilbərim, yox…

Amma, doğrudan, doğrudan mı, sıradan unudulmaqdamıyım? Aramamalar başa qaxınc. Hər dəfə yadıma düşəndə, bu ehtimalı düşünəndə ürpərən cismimi təcili yatışdıran, bu çarəsiz ümidə təsəlli yox, baltalayıcı sakuə (ayıblama, rişxənd, acıq) verən içidəki o acıhəqqaniyyətçilik qaxınc edir ümidimin başına. Bax, unudulursan, özü də çox sıradan. Çox. Həqiqətin səsi Pravda qəzeti kimi olmurmuş həmişə demək ki.

Sormamaların, ildə bir dəfə, doğum günümdə belə görünməyən telefon nömrən… Bir salam da göndərməmələr… Yəni doğrudan hamı kimi olmağı bu qədərmi sindirə, özünə və mənə yaraşdıra bilirsin… Bu qədərmi? Sıradan unudulmaq başqa nə cür olur ki? Hamı hamını başqa nə cür unudur ki?

Yoxsa, sən də, sən də özünə təəccüb edirsən arada. Necə də unuduram zamanla, necə sıradan unuduram dediyin, bundan diksindiyin anlar olurmu. Güzgüyə qaçıb bu mən deyiləm deməyə orda özünə bir təsəlli cizgilər falan tapmağa çalışmaqlar falan olurmu. Yoxsa, mənə dair qırışlar gözünə girir, ya da elə dünən-srağagün özünün dəyişdiyini sənə göstərən cizgilər onsuz da özüvə-üzüvə vurmuşdu dəyişdiyivi, sən də bundan diksinmişdin. Güzgülərə arada qəfil, ani və naməlum ildırı kimi vurub çəkilən o məşum qısaqapanmalarlı nifrətin tətiklənirmi ildən ilə belə olanda. Yoxsa əl atıb saçını boynunun ardından önə birtərəfli atanda, o mənim səndə məni dəli edərcəsinə ən sevdiyim füsünkaranə şəkildə saçını rüzgarlandırmağın, sığal çəkməyin var ya… O cür saçını önə atıb, sanki mən sığallayırmışam kimi əlini telinə sürəndə, saçlarına nəvazişini sevdiyimi xatırlayıb sanki mənə dair sığallayırmışcasına sığal çəkəndə, əlinlə saçının arasına qərib bir cərəyan, axıntı, yüngül meh vurar, əlimin varlığını hissedərmişkimi kimi olarsan ya… Barmaqların ucunda vaxtilə adım çəkiləndə, ya əlim əlinə dəyəndə yaranan o titrək cərəyan giziltiləri yenə bərqərar olurmu… və əlinin özüvə də xoş və qəribə hiss yaşadan, ürəyinəcan işləyən bu nəvazişində açılıb tökülən bəzi saçların qəfil diksindirdimi. Mən səndən gedirəm və məni sevən səndən bir şeylər gedir, getməmədir kimi… Bu fikrin diksintisi ürpəşdirirmi, tüklərin dimdik dikilirmi… Müdhiş qorxudur bilirəm… Ürəyin sıxılıb üsyankar fədai çırpıntılarilə savaşkarcasına ağrıyır, içindən bir şeylərin getdiyinə bir ayrı əzablanır, onları durduramadığına bir başqa işgəncələnirsən… Ən ağırı, onları durdurmağa artıq çalışmadığına, sanki əlin daha gəlmir, əlin, telin, ruhun daha o əvvəlki deyil, ya da əvvəlki güclülüyü, hissiyyatı, sevgisi qalmayıb, hiss edirsən və bunu hiss etməyin bir başqa daha ağır rəncidələyir, rənicədələnir, özün öz əvvəlki nüsxənə içdən rəndələnir, durub bir özünə söykənmək istirsən, bu özün o özünə köndələnir, sən də baxırsan ki, hər təzə yaşantılarında nə qədər şuxi-firavan olsan da, sənin sənə daha xas, səmimi olmuş o əvvəlki – mənə dair hisslərin olan nüsxənə rast gələn dövrünə yadlanır, yadlanrı, özün özündə nə qədər köhnələnirsən…

Saçların dil açıb sanki bir-birinə doğma yurdundan didərgin düşən əhali kimi gedək buralardan, burda daha işimiz yox, işğal olunan olunub, o tərəfə keçənlər keçib, bizdən qırılan, tökülən tökülüb, təzə gələnlərə biz yadıq, təzə gələnlər də bizə yaddır, onların şux, növcavan vaxtı, bizim yuğ, piri-muğan vaxtımız, bizə yuxarıların başı qarışıqdır, daha baxan yox, gözə yaxın könüldən uzağıq daha, ildən ilə əvvəl ildə bir dəfə, sonra iki ildə, sonra üç ildə və sonra da heç ildə xatırlanan köhnə sinif yoldaşı kimi nədir əlacsız, dəyəriz qalırıq burda, öləcəyiksə öləlim gedəlim… rüzgarlarda bizdən əvvəlkilərə qoşulub sovrularıq, heç olmasa onun özünün pəncərəsinə çıxıb vətəndə, aid olduğumuz yerdə ölərik…

Özün öz tellərinin səndən getməsinə müqavimət də göstərə bilmirsən, duruş gətirmək də olmur. Ağlamaq tutar boğazını, özün öz saçından oturduğun yerə lehimlənərsən. Tutub qulac-qulac saxlarsın ovcunda, sığal çəkib oxşarsın, öpərsin qəfil, qoxlarsın, əyilib bükülərsən, sıxılarsan çiyinlərindən içinə doğru, dodaqlarına aparıb öpərsən, yanaqlarını sürtər, heç kim eşitməsin, dəli sanmasın deyə ürpəriş ürkəkli səslə getməyin deyərsin. Bəzisini boynuna qısar, sinəndə gəzdirir, təzədən öpərsin, o vaxta dair bir şeydə qoxusu qalmış nəsə axtararsın təzədən hopdurmağa tellərinə, yadlaşmasınlar deyə yaddaşlarını təzələməyə, öpərsin öz adına da, məni adıma da, əzizlərsin, səndən getmək üçün qırılıb intihar edib özündən təzəcə gedənləri özlərinə gətirməyə, tellərinin könlünü almaq istərsin sevgili mahnıları pıçıltıyla üfürərsən, isti yatağa salar, qoynuna alar, o vaxtlar vurduğun ətri axtararsın ətirlər içində, tapmayınca çıldırırsın az qala bütün şüşüləri yerə çırpmağın gələr… Amma bu da bəzən sadəcə fikrən olar, ya da əvvəllər nə vaxtsa belə etdiyin xatirinə gələr, daha belə etməyin aralıqları da uzanıb görərsin, eləcə qırılmalarına tamaşa edərsin. Zamanın mı, taleyin mi, mənim mi, özünün mü daha zalım olduğuna qərar verə bilmər, özün-özünə ah çəkərsin… Bir tel daha qırılar düşər. Eləcə yerə düşməməsinə çalışarsın, hamısında yenə uğurlu olmadığını görərsin… Sərhədləri əvvəllər bəlli, indi isə get-gedə bəlirsizləşən heysizlik və vecsizliyin bir-birinə necə keçdiyinə tanış təəccüb və ətalətlə baxa qalırsın… Özün özünü oynadığın tamaşada özünə tamaşaçı olmağa nifrətlə baxmış olsan da, bu nifrətin də kütəldiyini, özünə tamaşaçılaşmağın fonunda hər şeyin mənasızlaşmağının necə zərrə-zərrə, tel-tel, qırım-qırım baş verdiyinə, buna necə daxilən qızdığına, bu daxili qırğınlığın da necə kütəldiyinə – bütün bunlara necə küt qaldığını görər, bu mivalla, bu geriləmədən ibarət gedişatla biri-birini tətikləyib qıcıqlandırmalı olan şeylərin eyni “uğurla” biri-birini necə də kütəltdiyini dərk etməyin verdiyi ağrı əlində daraq kimi güzgüdən özün kimi sənə tərs-tərsdən baxar. O uzağa gedən baxışlarından səni mənim səsim əvəzinə uşağının səsinn çağırması diksintinin özünə diksinti verər. Saçların ürpər, bir neçə tük də beləcə qırılar.

Və ya bir şəkil də yox ki, içində əlindən tutam, sən də heç olmasa ora baxıb orda əbədiyyətə həkk olunmuş mənə aşiq gözlərində özüvü tanıyıb, bir az oxşayasan, Nazimin Saman sarısında 19 yaşıyla görüşü kimi özünlə göz-gözə, baxış-baxışa haləvhallaşasan, eyni gözlərlə amma artıq dəyişmiş baxışlarla, indi üzərində başqasının izlərini daşıyan çoxizli o baxışlarla heç olmasa bir az özüvə ağlayıb, ürəyivi və bir az da həyatından məni bir az daha boşalda biləsən. Hərəmiz birində, yaxud ikimiz eynisində olan bir şəkil yoxa lənət oxuyur belə olanda. Yaxşısı yenə ikimiz bir şəkildə aramızda onlarda adamlar olaraq da olsa eybi yox, fərq etməz, ayrılanların yerini dəyişəndə nəticə-hasil – həsrət nə də ayrılıq dəyişmir, nasıl olsa o şəkilin gələcəyində ayrılmışıq. Və beləcə, qaçıb özünlə tək qalıb, heç olmasa bir şəklimə falan baxdığın… Olurmu, əcəba? Və baxanda yenə ürəyinin bir bucağında o məzhun, can verən fədai çırpıntılı ağrı baş qaldırırmı?

İnildəyən hisslərin Əsl İnsan haqqında povestdə qəhrəmanın çox ustalıqla bənzətdiyi kimi əsgər məktublarına dönüşmüş, büzüşmüş olar… O hisslər də əsgər məktubları kimi sönmüş ulduzların işığına bənzərlər – müsəbbibləri öləndən çox sonra çatar ya… İstiliyi qalmayan iniltili hisslər ölən fədai məktubu və ulduz işığı kimi bəzən könlünün lacivərd səmalı gecələrində axdığı olurmu da heç?
Mənə oxşarlıqlardan bir şey çıxanda önünə, ya da nə bilim, mənim sevə biləcəyim, mənimlə paylaşmaq istəyə biləcəyin şeyləri paylaşa bilməməyin ağrısı, içinə atıb saxladığın, nə vaxtsa əskiçi dükanına qismət olası mücrüyə dönüşdüyün, dəlicəsinə ağrılaşdıran, ağrıdəlici şəkildə mücrüləşdiyin o anlar heç mi olur?

Sıradan unutduqda, özüvün də sıradanlaşmağından və özünün də sıradan unudula bilinəcəyindən əndişələndiyin olmurmu heç? Heç olmasa bu… Özününkülüklər…

Bir yağış yağdığında, ya çoxdan edilmədik bir şey etmək hissi bürüyəndə, səsimi eşitmək ən baş siyahıda sərlövhə kimi gəlməzmi eynivə?

Bir düymə qırılıb düşəndə, götürüb yerinə tikəndə, əlivə batan iynə, bu düyməsiz ən bahalı, ən qumaşı gözəl geyimin də xəcil olmuş, hörmətkəsir olduğunu xatırlatmaqçün deyil sadəcə, bir iynə o zəhməti çəkib batmaz ələ elə incə incitmələrlə, “bir düyməni önəmsəyirəm də, çox daha neçə insanımı, səni (yəni məni) önəmsəməməkdəyəm, layiq olduğu ən köçə-bucaq yerdə də bərkitmədiyimi, ildən ilə o yerində toz basmağına, yerindən zamanın kavak yellərilə yıpranıb düşdüyünə məhəl  qoymamaqdayam” deyə düşünməkçin ola bilirmi, əcəba?

Bir ehtimal daha var, o da ölməkdənbetər sıradan unudulmaqmı dersin? Deməz olasın…

Nəysə ki… axı, heç olmasa yadındamı, onda dünya gözəl idi… Gözəl olan unudulmamalı, deyilmi?..

Ən azından sənin də arada hərdən “xatırla məni”ni zümzümələdiyini bilirəm və bildiyimi bilirsən, mənim də zümzümələdiyimi bildiyini bildiyim kimi…  Onu da biliriz ki, hər şey tamamkən həp bir tək sənin əksikliyini içimiz-içimizə üsyan çəkdiyimiz anlarda, bax, o anlar üçün həmişə bir-birimiz üçün ünvan özümüz olmuşuq, unudulanlıq bu ünvan sahibliyindən məhrum edər ikimizi də. O ünvansa bütün dəyərliliklərindən nə olursa olsun vaz keçməyən və inkar etməyən, özünü zamanla ölçməyən özlərinə xas və sadiq insanların 40-cı oda sahibliyidir. Heç birimiz istəməyiz, hər şeyimiz tamamkən, bir tək sən əksiksin sözünün ünvanılığı, o ünvan olmaqlıqdan məhrum edək kəndimizi. Bu həm də mərhum olmaq demək olardı… Təki olmaz ola… Kaş belə olmayaydı dediyimiz çox şey əvvəlcəsindən təki olmaya deməməkdən olduğu üçün, gərək ki arada özümüzə təklikdə tez-tez heç olmasa bəzi şeylərə təki olmamış olsun deyək… Heç olmasa…

[1] (Bəlkə əksinə demək, yəni bəlke olmadı (=əksinə alındı hər şey, olmadı), bəlkə də pisdir (=əksinə, yəni düşündüyünün əksinə pisdir) demək, düşündüyümüzün əksinə ola bilsin ki, o iş olmadı, pisdir deməkmiş. Bizsə ehtimalın ola bilməzliyini, bədbinliyini yox, bilənliyini götürüb nikbinliyi istisna etdirməmişik demişik ki, bəlkə olmadı demək, olmazlıqdan danışarkən əl yeri, ümid yeri qoymaq kimi bir şey, tam əminliklə deyə bilməyən müəllifə, o əminliyinə mane ol hissəni qabardır, bəlke olmadı, yəni bəlkə=düşündüyünüzün əksinə bəlkə oldu da demək ola bilər. Bəlkə pisdir dediyinizdə, düşündüyünüzün əskinə pisdir demək, yaxşı da ola biləcəyini tam istisna edilir anlamına gəlməz, onu istisna etmir. Başqa sözlə, bir şeyin ardınca əksinə sözünü deyəndə, 180 dərəcə əks qütblülük nəzərdə tutulur, amma kim deyir ki, o qədər dartmaq lazım, oysa 180 sadəcə ən tam əksinənin mənzilidir və də həman 180 dərəcəyə qədər 0-180, 90-180 arasında o qədər dərəcələr və bunlardan bircə dənəsi belə ümid yeridir tam əksinəliyə qarşı qoymağa…)

 

Advertisements

Qüssə (Aqşin Yenisey. talışca tərcüməsi)

Orijanal Azəricəsi /Tırki nıvıştəbə əslıj

Qüssə

Öləcəyik!
O da, sən də, mən də…
Birimiz qürbətdə, birimiz yolda, birimiz vətəndə.
Sonra yenidən doğulacayıq.
Birimiz enliyarpaqlı bir ağac kimi – meşədə,
Birimiz ətirli bir ot kimi – çəməndə,
Birimiz ağ yumurta kimi – kirli bir hində.
Gəlin, indidən tanış olaq ki,
O zaman bir-birimizi
Yarpağımızdan, ətrimizdən, rəngimizdən tanıya bilək,
Darıxmamaq üçün…

Tolışi/Talışcası

Ğıssəynə fikr

Bəmardemon!
Əvən, tınən, mınən…
Qləymon bənə ğəribi, qləymon roysə, qləymon vətənədə.
Peşı sənibəton moəmo bəbemon.
Qləymon bənə panəlivə doy – vişədə,
Qləymon bənə ətrəbu doə aləfi– çimənədə,
Qləymon bənə spiyə moğnə – vılısığnə lonədə.
Boən, ısətnico yəndı bıznəmon ki,
Bəvədə
livəku, buyku, rangiku i yəndı zıne bıznəmon,
Pəvuşi nıqətero…

Tərc: 13-28.3.17.Vilnüs/Vilnus

(Redaktə və köməyə görə Mehdibəy Səfərova xüsusi təşəkkür
Kardə redaktə və koməkəti qorış bə Mehdibəy Səfərovi məxsusi təşəkkur)

Piraye için yazılmış saat 21 şiirleri, Nazim Hikmət, 26 Eylül 1945 (talışca)

Piroyəro nıvıştə saat visti i şe`ron,
Nozım Hikmət, Sentyabri 26, 1945
(bətolışi zvoni tərcumə):

Əməni əsirjon kay,
əməni bə həbsjon eğande
mıni bə divon dılə(də),
tıni bə dıvon biton(o),
Svıki çəmənkie [Qədəkoe çəmənki]:
Əslədə ən puçi  [Əslədə ən ğonə`qlə]:
znəy, nıznə(y)
odəmi həbxonəj ştə dılədə (şı)kırney(je)…
Odəmon veni bə jqo rujjon eğandə(bə),
namusin, zəhmətkəşə, çokə insonon(in)
və tıni piyəm dərəcədəy vepiyebe layiğ(in)…

Nozım Hikmət Ran

image-14421677471147845411-1

Orijinalij (tırki zvonədə):

Piraye için yazılmış saat 21 şiirleri,
Nazim Hikmət, 26 Eylül 1945

Bizi esir ettiler,
bizi hapse attılar :
beni duvarların içinde,
seni duvarların dışında.
Ufak iş bizimkisi.
Asıl en kötüsü :
bilerek, bilmeyerek
hapisaneyi insanın kendi içinde taşıması…
İnsanların birçoğu bu hale düşürülmüş,
namuslu, çalışkan, iyi insanlar
ve seni sevdiğim kadar sevilmeye lâyık…

Nazim Hikmet Ran

Gunel Movlud. Çmı si yaşi şer (Günel Mövlud 30 yaşın şeiri, talışca)

Gunel Movlud
Çmı si yaşi şer

(çəy orijnəli – Ozıbıjoni/Tırki zvoniku)

03.8.2015 (red.11.8.2015)

Isə çmı çı səyku bə
po otəş eqnyə vaxtme,
Peştım penoə`bədivo,
bə qullə ome vaxtme.

Sərxoş əştəninim
D`xəxon hıtə`vrədə
Ştəni ehaştaninim
Otelə otəğonədə.

Qləy piyəkəs (va)doə
Dust ginkardə sinnədəm,
Şəvi, kuçonku bə kə
Spə vardə sinnədəm.

Isə, ha maşta, kəyku
Oqnyə, hırdiyə beşdəm,
Əyəğəbon norohət,
Tan tənık bə ro eşdəm.

Çımı Xırte tovınəşe
Ğıbo ne, sarde bedə,
Spə vrədə dastədəm
Biyyənə kaqe bedə.

Orijinal ozıbıjoni/tırki
Orijinal azəricəsi:

30 yaşımın şeiri

İndi mənim başıma
Od ələnən yaşımdı
Söykənib bir divara
Güllələnən yaşımdı.

Sərxoş oyanmalıyam
Özgə yataqlarında
Özümü asmalıyam
Otel otaqlarında

Bir sevgili uduzub
Dost itirən yaşdayam
Gecə küçədən evə
it gətirən yaşdayam

Mənsə hər səhər evdən
Yorğun, əzik çıxıram
Ayaqqabım narahat
Əynim nazik çıxıram.

Boğazımı göynədən
Qəhər yox, soyuq olur
İt yerinə əlimdə
Bir buzlu toyuq olur…

Mənbə, orijinalıj ç`şairi d`ştən zvoni/şairin öz dilindən orijinalı:
Şairin öz dilindən, Günel Mövlud, 30 yaşın şeiri

Tərcumə redaktədə kardə koməkətij qornə bə B.Sadiqi təşəkkur.

Rs – Sıradan bir şey olmamalı səni sevmək…

 

Her şey sana dokunacak ve sıradishi olacaq diye [sıra(da) bekler]
26.5.2015

Oysa sıradan bir şey olmamalı səni sevmək

Oysa sıradan bir şey olmamalı
səni sevmək,
Öncə layiq olmaq gərəkir.

Layiq olmaq gərəkir
Sənə və xoşbəxtliyə
Zira, bir zamanlar
“Sən xoşbəxtliyə çox layiqsən”, –
çox sevdiyimiz bir insana demişliyimiz vardır
İştə,
ölçülə bilən bir şeylərin miqdarları vardır,
ölçüyə gəlməzlərin dərəcələri.
Xeyli miqdar, külli miqdar vardır,
xeyli dərəcə…
külli dərəcə bir şey yox amma.
iştə sən, iştə sən,
bax, bu ifadəolunmaz dərəcədə xoşbəxtliyə layiqsən!
iştə biriləri xoşbəxtliyə çox layiq olan qız, qadın;
xoşbəxtliyə, çox böyük xoşbəxtliyə,
ölçüyəgəlməz dərəcədə olan xoşbəxtliyə
Ölçüyəgəlməz dərəcədə layiq olansın.
Oysa sıradan bir şey olmamalı
səni sevmək
iştə bu üzdən, ən azı bu üzdən…

Oysa sıradan bir şey olmamalı
səni sevmək;
məsəla, qarşısına keçib,
gördüm, ilk baxışdan aşiq oldum, – deyəməzsin!
Onu hər kəs deyə bilir…
Aşiq olmaq an məsələsi;
həm də əlində deyil.
Oysa aşiq olmaq var,
bir də
Sevmək vardır
Aşiq olmaq ayrı,
sevmək ayrı!

Çaba istər
sevmək.
Çabalamalısın!
Yeri gəlsə,
sürünməlisin!
Aşkın təlimi bu:
oddan, atəşdən keçməlisin,
Min zülmdən, cəfadan keçməlisin.
Öyle sıradan bir şey olmamalı
səni sevmək, –
bilirim,
bilməmiz gərəkir…

Öyle sıradan bir şey olmamalı
səni sevmək
Hanı, bir qadına
səni sevirəm demək,
– gibi bir şey
olmamalı
Yaşamaq belə deyil,
Ölmək belə deyil!
Sevməyi yaşamaq,
sevməyi ölmək belə az,

Oysa,
iştə o üzdən,
sıradan bir şey olmamalı
səni sevmək.

Bir an öndə olmaqdır,
dünyanın
səni sevməyən
hissəsindən;
bir də səni sevənlərin
arasından…
Həp bir şeydə
farkındalık olmak
demək
səni sevmək
Oysa sıradan bir şey
o üzdən olmamalı!…

Sıradan bir şey olmamalı
səni sevmək;
böyle addımlarcasına
arxayın-arxayın
olamaz!
Iştə zülmün üzərinə yürümək kimi
Bir qəhrəman kimi,
Savaşa gedər kimi
Gülmək,
Sıralanmaq,
Və bir
çox böyük
gözəl bir arzu uğruna
Yaşamaq
Və sıraya düzülüb
hətta güllələnmək
kimi bir şey olmalı;
sıradan bir şey olmamalı…

Ən gözəl sözləri demək
kimi bir şey olmalı,
amma
ən gözəl sözlərin bitdiyi yerdə belə,
sözsüzlüyün dediyi
sıradan olmayan bir şeyləri
yaşamaq
kimi bir şey olmalı;
sıradan bir şey olmamalı!..

Öyle gözəl bir gündü,
Öyle gözəl bir caddədəydi,
Öyle gözəl bir kızdı, –
deyəməzsin
səni sevmək dediyin bir şeyi
tarif edərkən,
Fövqəladə bir günəşdi,
Fövqəladə bir gündü,
Fövqəladə bir kadındı,
– bu söz bile yetmez, –
deyəcəksin…
Sıradan bir gündü
diyəməyəcəyin kadar
bir gün deyil sadəcə,
…sadəcə içində sən olduğun için,
sənə aşiq olduğum için deyil,
sıradan bir gün olamaz
səni sevdiyim gün;
ən çox ona görə ki,
dünyada hər şey
bir səbəbə bağlı,
sən belə,
bəlkə də sən belə,
sənə dair olan bütün
səbəblərin səbəbisin,
Tanrı için belə,
iştə o üzdən,
n`asıl sıradan ola bilir,
səni sevmək deyə bir şey?!

N`asıl
bən gözəlim,
cavanım,
sevimliyim, –
deyib də qarşına keçmək…
Olamaz,
Kimsə buna cəsarət edəməz.
Bu büyük bir ahlaksızlıq,
Kəndi dəyəri için sənin karşına
kimsə geçəməz!
Sənin dəyərin için keçə bilir ancaq…

Sənin dəyər vermədiyin bir şeyin
dəyəri olamaz;
Sənin dəyər vermədiyin bir şey
dəyər olamaz!
İştə,
o üzdən
sana kadar
sıradan biriyim,
kəndim için belə.
Səndən sonra
Sıradan biri deyilim,
Olamam,
O üzden sene sevilmək
sıradışı bir şey;
Olağanüstü bir şey!..
Fövqəladə bir şey!…
İşte, o üzdən
sıradan bir şey
olmamalı
sənə sevilmək…

Sıradan bir şey deyilsə səni sevmək,
sənə (səni) sevilmək
Sıradan olmayan bir şeyin
sıradan olmayan üst bir hali.

Sən bütün üst hallerin üstündə olansın,

Olamam!
Duramam,
yerimdə böylə
sıradan bir şeylerle
uğraşamam…
– diyorum amma,
aslında,
səni sevmək dediyim şeyi yaparkən
eynəyimin şüşəsini
təmizlərim
bir baxarım,
bir şey, bir zəng gəlmişmi,
bir şey varmı,
bir çarə olmuşmu
gözümə dərman tökərim…
Hər gün
sıradan yapdığım bir şeylər,
Amma, oysa içinə bakarsan,
gözümə hər damlada
bundan sonra
sıradan olmayacaq
heç bir şey,
ən kiçik təfərrüat belə,
bundan sonra
sıradan olmayacaq…
Eynəyimi
səni daha yaxşı görmək için taxacam,
Bugündən sonra onlar
səni sevərək görəcək,
görməmə yardım edəcək deyə…
İştə hər çağrı,
içində sən olan çağrı
sıradan olmayacaq…
Bundan sonra
səninlə tanışacaq hər şey, –
odamdakı hər əşya,
iştə, o üzdən
daha sıradan olmayacaq…

Dünyanın
milyonuncu istehsal olunmuş qələmi
belə
artıq sıradan deyil,
sənə dair bir şeylər yazar…
Yaxası ütülənməmiş köynəklərim belə
artıq düzdür, artıq öz həqiqətini tapıb,
artıq layiqlisi olub deməkdir.
Artıq ən yıpranmış ayaqqabılarım belə
artıq dünyanın bütün ayaqqabılarına
rest çəkə bilir,
o üzdən…

O üzdən ki,
sıradan bir şey deyil
səni sevmək…
Sıradan bir şey olmamalı!

Əgər, səni sevmək
sıradan bir şey olsa,
dünyanın
sıradan bir əksikliyi vardır,
Dünyanın Yersizliyi vardır.

Dünya yerindən oynamalı,
Səni sevərkən,
Və Sənə/Səni sevilərkən,
Bir şeylər dəyişməli,
bir şeylər doğru getməli!..

Əgər savaş varsa,
zatən, dünya tərs getdiyi için
savaş var-
sa, durmalı!
Dünyanın
ən qaynar nöqtəsində
ən usta bir savaşçı
tətiyi ən çəkməli olduğu anda
durar.
Bilməz nədən, amma durar!
əminim durar!
Dünyanın ən susuz insanına
dünyanın ən cimri insanı
bir şeylər [yapar, göndərir,
kəndisinə belə hayran qalır]
Dünyada ən dəxlsiz yerdə
ən uzaq yerdə,
ən mənasız bir işdə belə
kimsə hiç olmadıq sıradan olmayan,
sıradışı bir şey yapar,
iştə, sən,
– fərqində olmadan sıradışı olmanın
tam adısan

Sən sevərsən və sevilərsən,
dünyada sıradışı
bir-iki şey kalmış olur.
Bunlardan biri bənim.
Yəni, bəndəki sən,
səndəki bənmi deyim,
bundan sonra,
bilməm, amma,
bən bir daha əskisi bən olamam!
Sıradan…

Olağanüstü bir şey,
kaç yıl uğraşdım,
kəndimi kəndim belə
bir adam yapamadım;
İştə, sən,
bəni adam yapacaq birisin.
Yəni, bənim belə
benim barəmdə bacarmadığımı
yapacaq biri
iştə, o üzden
sıradan bir şey
olmamalı
səni sevmək

Geri kalan bir şey varmı dersin?
Çok şey var…
Dünyada sırasını gözləyən
o kadar şey var ki
səndən sonra;
həp sənə dairlikləri olan hər şeyin…
Zira, sıradan bir şey olmamalı seni sevmek,
və hər şey
sana dokunmak ister,
hər şey
sana dokunacak
və sıradışı olacak deyə sıradadır…

26.5.2015.

Zamansızlaşdıranlar

Hər bir şey mahiyyəti, mahiyyət denilən tərkibiylədir. Zamandan daha ağır olanlar onu yenər. Tərkibindəkilərin sayəsində, təbii ki… Yenmə də, qüvvət çəki ilə düz mütənasib olduğundandır. Eşq zamandan ötədir, vaxtdan uca… Və buyurun…

W.H. Auden — Musée des Beaux Arts

Əli Novruzovun bloqu

Bregel "İkarın yerə düşməsi" (Wikipedia) Bregel “İkarın yerə düşməsi” (Wikipedia)

(U.H. Oden — Təsviri incəsənət muzeyi)

Onlar heç vaxt yanılmazdı, köhnə Ustadlar,
təbiəti haqda əzab çəkməyin:
Keçərkən dəhşətli əzabdan kimsə –
Başqası sakitcə ya nahar edir, pəncərəni açır, bezgin addımlarla kənardan keçir.
Ömrün payızında səbirlə gözlərkən möhtərəm yaşlılar,
bir möcüzə kimi, yeni bir körpənin doğulmasını,
haradasa olur qayğısız uşaqlar,
meşə kənarında buz bağlamış gölün
üstündə sürüşən, heç də sevinməyən
daha bir uşağın doğulmasına.

Onlar heç vaxt unutmazdı, köhnə Ustadlar,
ən uca şəhadət zirvəsində də,
soyulanda kimlərinsə dərisi –
elə oradaca, o natəmiz küncdə
itlər davam edir ittək yaşamağa və cəlladın atı
qaşınan dalını sürtür bir ağaca.

Məsələn, Bregelin “İkar” rəsmində
çevirir üzünü necə də rahat
hər kəs fəlakətdən:
Kotan arxasında duran kəndli də
görməzdən gəlsə də, eşitməmiş deyil
imdad harayını suda batanın.
Amma onun üçün daha vacib olan – günəş şəfəq saçır!
Necə ki parlayır yaşıl suların
üstündə qərq olan ağ ayaqlar üçün.
Və zəngin, bəzəkli…

View original post 29 more words

Köhnə məhəllənin seyri

Köhnə məhəlləmizi alman əsirləri tikib; taxtapuş fin evləridir, istismar müddəti çoxdan keçib. Artıq 2011-ci ilə aid qərar da var sökülməyinə, sadəcə təxirə salıblar hələ ki, prioritet deyil, o evlərlə haqq hesab çürütmək çürüyüb tökülənə qaldı…

Amma o qərarı bilməzdən, və hətta Issız Adamı izləmədən öncə belə, içimdə ən çox kədərləndiyim: (1) bir daha əvvəlkitək qalanmayan o müəzzəm Novruz tonqallarının, qonşuluqların, və ümuma dair saymağa hacət olmayan daha nələrin nələrin bir daha olmayışıdırsa, (2) ən çox kədərləndiyim: nə vaxtsa sevdiyim insanın ondan əvvəlkiliklərə, uşaqlığıma bir boylanmaq istəsə, insanının ona rastladığı ana qədərki dünyasının yolçuluğuna çıxmaq istəsə, məqsudinə irmədən qalar…

(Ki, İnsan zatən həp sevdiyini həm də bütünən sevmək və deməli onu bilmək, dünyasına, ruhuna, zövqünə, yaşatılarına, hisslərinə aşina olmaq istər. O cümlədən və ən çox da özünəqədərliklərilə də. Yəni keçmişiylə. Sevdiyi bizzat nəyin məhsuludursa, onunla. Zira, qarşılaşdığımız insan an etibarilə o an qarşınızda tamamən keçmişi ilənədir. Keçmişi ilə, – keçmişindən nə ilə çıxıbsa, ruhuna, üzünə, əyninə nə hop(dur)ub, nə götürüb, harasındasa yanıq izi, çapıq izi də daxil necə yonulub hansı şəklə düşüb, nələri özü ilə sürdürüb gələcəyinə yetişdiribsə odur. Adam nələrlə insanına rastladığı o gözəl ana çıxıbsa, insanın da haqqıdır və tələbatıdır sevdiyini bütünən sevmək istəyirsə, həmin qarşılaşdığı insanını sözün həqiqi mənasında gətirib o günə qoyan, o günə çıxaranları nə qədərsə tanıya. Onu özünün qarşısına məhz aşiq olduğu andakı o şəkildə çıxaran bu fenomeni, iradəni, amillər məcmusunu bilmək istər, o da bir sözlə lisanımızda adı Keçmişdir; zira insan keçmişindən ibarət tərkib qılır. Bir tərəfdən də insan özü də ən çox da özünün daha saf versiyası olan uşaqlığını sunmaq, onun tanımasını istər sevdiyinin… Bir az gec tanışmışlığın da əvəzin çıxmış olurlar bir növ…)

İndi həmin bu seyrə çıxmaq istəsə, məsələn lap uşaqlığımdan yadigar bir insanın da bələdçiliyilə, uçurulsa getsə, o evi, o kiçik odanı, ordakılıqları görə bilməyəcək. O evi, guşəm olan o kiçik odanı, onun qoxusunu, məişətini, abu-havasını, taxtaların cırıltısını, orda divarlara asılı rəsmləri, divarlara hopmuş bir tək o divarların, əşyaların şahid olduğu fikirləri, təsvirləri, tərbiyələri, gülüşləri, böyümələrimi, oxunan kitabları və kitab oxumaları, qürub günəşinin narıncısını, ulduzlu səmanın ənginliyini pəncərədən necə izləməyimi, nə vaxtsa qarşısına çıxacaq o naməlum qadın barədə cizdiyi cizgiləri, bir sözlə o kiçik yaşlı nüsxəmi zərrə-zərrə onun üçün böyüdən, ona doğru aparan, məhz onun kimi xanımı sevəcək zövqü yaradan bütün o öyrənimlərin, dəqiqələrin, yaşantıların izlərini yeri-yerində sürdürəməyəcək…

Həm də bir başqa keyfli seyrdir seyrçiyçün də… Kəndim yaptım bir kərə bilirim… Bir başqadır sevdiyinin cocukluğu və onun cərəyan etdiyi yerlərin düz ortasında oturub, onun gələcək övladında dübarədən canlıca görəcəyin və daha da sevəcəyin o azyaşlı nüsxəsini xəyalən canlandırmaq, seyr etmək: sağından necə keçib məktəbə gedir, necə ac, yorğun, köynəyi şalvardan çıxmış qayıdır, (əl uzadıb başını oxşamaq) necə oturub odada oxuyur, necə məhlədə dalaşır, top qovur, corabının cırığını, geyiminin yamağını necə gizlədir, qardaş-bacısıyla bir qabdan necə yeyir… elə bunları seyr edə edə axşam düşür, axşam baxırsan necə eynən belə pəncərədən kasıb bir ailənin sadə huzuru görünürmüş…

Sevdiyinə dair olan hər şey bir başqa olur da, o üzdən ona dairliklərə beləcə bir baş vurmaq, öz-özünə demək: deməli sən burda burda burda böyümüsən, sənin dünyan burda olub…. toxunmusan toxunduğum bu divarlara, əşyalara, burda oxumusan mənim də sevərək oxuduqlarımı, səni mənə, məni sənə gətirən yolları, dəyərləri hazırlayan o nəsnələri, eyni ulduzlara, aylara baxmışız, sən burdan baxmışsan… eyni musiqiləri burda dinləmisən…

və daha nələr nələr…

Sevdiyin insanın dünyasına, çocukluğuna toxunmaq… Oxşamaq, başını sığallamaq onun… Bununçün bazən çox gec ola bilməsi, çox üzücüdür. Axı zatən insanlar sökməsə də bir gün tərk ediləcək və töküləcək o evlər, o məhlələr söküləcək…

Bəlkə də özüm götürəcəm onu o səyahətə, və çox güman bu onun – o naməlum sevgilinin mənsiz seyrindən sonra olacaq, səssiz, izahsız, tək seyrdən sonra izahlı, səsli, qəhrəmanın öz iştirakı ilə… Fəqət bütün bunlara qədər bir fotonun, bir maqnit lentinin yaddaşına köçə bilməməsi, ora köçənə qədər o yanlıq olub taxta şalban sexlərinə köçməsi bunların… acı… sevgilinin olmaması qədər acı….

Rəbiqə. Fotoqraf.

Şairlər sözlə rəsm çəkən rəssamlardır, rəssamlar da rənglə şeir yazan şairlər, – demişəm həmişə. Rəngsaz sözsazlar, sözsaz rəngsazlar iştə… Şairə Rəbiqənin bu şeiri də əsl şəkil haqqında şəkil kimi şeirdir… və hətta şeir kimi şəkildir…

Çəkdiyin şəkillərə baxmaq maraqlıdı,
Çünki orada sən varsan.
Sən orada daha doğmasan,
daha sakitsən, rahatsan…

Mən şəkillərə sual verməyi xoşlayıram.
Onların susması məni incitmir –
daha çox cavab axtarmağa imkan verir.
Bu, xoşuma gəlir.
Elə bu barədə sərbəst, qafiyəli danışmaq da…

Çəkdiyin ağaclar qolunu qaldırıb göylərə:
Yaydı. Meyvəli budaqlar əyilib.
Payızdı. Saralmış yarpaqlar yerdədi.
Baxanlar bilmirlər bu nədi –
Onlarçın bu yalnız gözəl bir səhnədi.
Mənsə şəkil-şəkil oxuyuram səni və bilirəm –
şəkillərin səndən maraqlı deyil,
şəkillərin səndən maraqsız da deyil.

Sən hər yerdə işığı çəkirsən. Qaranlıqda da.
Mən bir az qorxuram və işıqdan yazıram həmişə.
Həmişə də mənə elə gəlir, bir kimsə tapılacaq
və mənə başa salacaq ki, qaranlıqdayam.
Çünki adamlar ən çox onlarda olmayan şeylərdən danışırlar…

Indi şəkillərin danışa bilsə, etiraz edərdi.
Mən bunu bilirəm.
Hərdən istəyirəm kimsə mənə etiraz eləsin.
Sənsə susursan.
Çünki bu bir az qorxuludu…

Yalnız qorxaqlar gözlərini yumub uçuruma atılırlar.
Bu mülahizəm, yəqin ki, xoşuna gəlmir.
Çünki burada əminlik var.
Əminlik yalnız Onun haqqıdı. Deməli, haqsızam. Razıyam…

Amma mən “sən qorxaq deyilsən” deyəcəkdim.
Sən həmişə uçuruma körpü axtarırsan.
Çünki körpü həm də əyilməkdi. Hər iki sahildə.
Və yalnız yanlara əyilmək körpünü yüksəkdə saxlayır.
Bu həm də yol getməkdən ötrüdü…

Yollar yeni şəkillər üçündü. Yeni adamlar, ağaclar, körpülər və keçidlər üçün.
Mən bunu bilirəm.
Amma şəklini köçürə bilmirəm vərəqə. Sənin də.
Bu mənim üçün bir az uzun və qəribə şeirdə
yenə sən yoxsan.
Yəni olduğun kimi deyilsən.
Yəni əslində mən sənin necə olduğunu bilmirəm.
Bilməyəcəm də.
Mənə təkcə sənin şəklin maraqlıdı.
Daha doğrusu, onun necə görünməyi.

Mənbə: http://rabiga-nazimqizi.blogspot.com/2009/11/fotoqraf-dostuma.html

Sən sözlərimi oxuyub susan və yazmayan vaxt…

Sen sozlerimi oxuyub yazmayan vaxt…3.1.15